Kallimci Hocanın Yazısı Azarbaycan Gazetesinde

Okunma: 1950
Eğitim/Kültür/Tarih 7 Kasım 2016 10:08
Videoyu Aç Kallimci Hocanın Yazısı Azarbaycan Gazetesinde
A
a

Dənizlidə Azərbaycan-Qarabağ parkı salındı, Xocalı soyqırımına abidə qoyuldu

http://akishaber.com.tr/
http://akishaber.com.tr/

Türkiyənin Dənizli şəhərində Azərbaycan-Qarabağ parkı salınıb, Xocalı soyqırımına memorial abidə qoyulub.

Milli Məclisin deputatı Qənirə Paşayeva bununla əlaqədar Dənizli şəhər bələdiyyə sədrinin dəvətilə 4-5 noyabr tarixlərində Dənizlidə olub.

Park və abidənin açılışı noyabrın 4-də, saat 14:30-da gerçəkləşdirilib.

Tədbirdə millət vəkili Qənirə Paşayeva, Azərbaycanın İstanbuldakı baş konsuluYadulla Paşayev, Dənizli valisinin köməkçisi Əli Şanlıalp, Dənizli Şəhər Bələdiyyəsinin sədri Osman Zolan, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Q.Pşayeva çıxışında Azərbaycanın 20 faiz torpağının ermənilər tərəfindən işğal edildiyi, bir milyondan çox insanın qaçqın və məcbur köçkün kimi öz yurdundan didərgin düşdüyünü dilə gətirib.

Millət vəkili qeyd edib ki, türk birliyini istəməyən Avropa dövlətlərinin oyununu pozmalı, daha da sıx əlaqələr qurmalıyıq.

O, həmçinin əlavə edib ki, Türkiyə Türk İslam dünyasının qalasıdır, yıxılmamalı, bölünməməlidir.

Q.Paşayeva “bu park, abidə dostlara və düşmənlərə mesajdır” – deyə bildirib.

Millət vəkili O.Zolana təşəkkür etməyi də unutmayıb.

Açılışda iştirak edən tələbələrə xitab edən Q.Paşayeva gənclərin türk millətini, türk dövlətlərini yaxşı tanımalarının gərəkliliyinə diqqət çəkib.

Daha sonra digər rəsmilər iki ölkə arasındakı əlaqələrdən bəhs edib, bu atılan addımı yüksək qiymətləndiriblər.

Tədbirin sonunda Azərbaycanlı şair Xəyal Rza “Biz türkük” şeirini oxuyub.

Səfər zamanı millət vəkili tələbələrlə görüşüb, Sənət Mərkəzində konfransda iştirak edib, Müxbir Qazilər Dərnəyi, Jurnalistlər və Şəhid Ailələri dərnəklərini ziyarət edib.

Q.Paşayeva və X.Rza bütün bunlarla yanaşı, şair Bayhəddin Qaraqoçun fəxri qonaq olaraq qatıldığı Beynəlxalq 2-ci Yaren Şairlər Mərasiminə dəvət olunublar.

4 və 5 noyabr, saat 20:00-da Pamukkala Universitetinin Konqres Mədəniyyət Mərkəzində gerçəkləşdirilən tədbirdə Türkiyə, eləcə də türk dövlətləri və topluluqlarından 21 şair qatılıb.

Mərasimin ilk günündə xanım siyasətçi yeni yazdığı “Kərkük”, noyabrın 5-də “Türkiyə”, X.Rza isə “Bozqurd” adlı şeirini oxuyublar.

Təbrizli sənətçi Yanar Sönməz isə saz çalaraq Qarabağın Azərbaycan məxsusluğunu  ifadə edən qoşmalarını oxuyub.

Səfərin son günü Sənət Mərkəzində “Türk dünyası əlaqələri” mövzusunda mühazirə deyən Q.Paşayeva Türkiyə ilə Azərbaycan arasında əlaqələrin daha da inkişaf etdilrilməsinin vacibliyini vurğulayıb, bu işdə  gənclərin iştirakının önəmini nəzərə çatdırıb.

O qeyd edib ki, Avropa ölkələrindən kömək gözləməyə dəyməz: “Hər türk səhər evindən çıxanda “bu gün türk milləti üçün nə etməliyəm?”, - deyə düşünməli, günün sonunda isə “bu gün türk milləti üçün nə etdim, kimlərə türk millətindən danışdım?” - deyərək özünə hesabat verməlidir.

Əlavə məlumat üçün qeyd edək ki, Türk Təhsil Vəqfi Anadolu Liseyi və Lütfi Ege Anadolu Liseyi tələbələri Xocalı soyqırımının 25-ci il dönümü ilə əlaqədar bir araya gələrək “Xocalı Çalışma Qrupu” təşkil edib, Xocalı Soyqırımı Memorialı hazırlamaq üçün 81 şəhərin bələdiyyə sədrinə məktub yazıblar. Dənizli Şəhər Bələdiyyəsinə də eyni istəklə müraciət edərək, “Ermənilər Xocalının əhalisini türk olduqları üçün öldürdülər. Bu, sadəcə Azərbaycanın deyil, bütün türk dünyasının və insanlığın ortaq faciəsidir. Milli birlik və bərabərliyimizin təşkilində önəmli yer tutan ortaq faciələrimizi unutdurmamalıyıq” – deyiblər. Qurum tələbələrin bu xahişini müsbət qarşılayaraq şəhərin Qarahəsənli məhəlləsində Azərbaycan-Qarabağ parkı saldırıb. Parkda həmçinin Xocalı Soyqırımı Memorial abidəsi ucaldılıb.

Hasan KALLİMCİ
Türkiyə, Dənizli

1000
icon

Henüz yorum yapılmadı,
İlk Yorum yapan siz olun...

alinti yazarlar ALINTI YAZARLAR
hava durumu HAVA DURUMU
anket ANKET

2017 Başbuğ Yılı İlan Edilsin mi ?

http://www.denizlieczaciodasi.org.tr/nobetci-eczaneler
e-gazete E-GAZETE
sayfalar SAYFALAR
arşiv HABER ARŞİVİ
linkler LİNKLER
  • Dost Siteler
Bu haber ilginizi çekebilir! Kapat

http://akishaber.com.tr/